ERASMUS + Student Exchange at Manisa Celal Bayar University!
Salam mən Fərid Rəhimli Xəzər Universitetinin iqtisadiyyat fakültəsində Təhsil alıram 2022-2023 tədris ili payiz semestrində(sentyabr-yanvar) Türkiyənin Manisa Celal Bayar Universitetində Erasmus Tələbəsi olmuşam.
Mən Muradiyə kampusunda təhsil alırdım. Hansı ki, Türkiyənin ən böyük universitet Kampuslarından biridir. Hər Fakültənin özünün ayrı binası var, hətta bəzilərinin birdən çox. Burada tələbələr üçün çox böyük imkanlar var. Böyük mall, İdman mərkəzi, oxu zalları, üzgüçülük hovuzları, yerli tələbələrin qalmağı üçün binalar, mağazalar. Menyusu 1 manatdan ucuz olan Kantin və s. Kiçik şəhərcik qurduqlarını deyə bilərəm.
Təhsil sistemi Xəzər universitetindən fərqlənsə də, oxşar cəhətləri də var idi. Tələbələr və Şagirdlər daha sərbəstdirlər.Əgər siz Erasmus tələbəsisinizsə işlər üçün daha asan olacaq.
Manisa şəhəri qədim tarixilə bərabər modernizmi özündə birləşdirmiş çox gözəl şəhərdir. Ege regionunda yərləşir və İzmirə çox yaxındır. Bölgənin insanları çox dostcanlı və mehribandırlar.
Erasmus mənə bir çox şey qatdı. Fərqli bir ölkədə, bütün əzizlərindən uzağ yeni bir mühit və yeni insanlar. Mental olaraq insanı daha da gücləndirir. Öz ölkənə başqa bir bucağdan baxa bilirsən. Burada bir çox yerli(türkiyəli) və xarici insanlar tanıdım. Universitet həyatı və dərsdən sonrakı həyat çox maraqlı idi. Mən Guest Hause dediyimiz xarici tələbələr üçün olan evdə xarici tələbələrlə qalırdım. Bizim ortaq mətbəximiz və böyük terrasımız olduğundan, tez-tez qarşılaşırdıq. Evdə olduğumuzda belə birlikdə vaxt keçirə bilirdik. Fərqli milliyətlərdən insanlarla danışmaq, mədəniyyət mübadiləsi etmək, onların hekayələrini dinləmək mənim üçün unudulmaz qalacaq. Ən əsası əlaqə qurduğumuz ortaq dil sadəcə ingilis dili olduğundan ingilis dili səviyyəm artdı, danışığım daha da axıcılaşdı.
Erasmusun ən sevdiyim hissəsi tələbələrlə görüşlər, partylər, sinemaya getmək, hiking,muzey dateləri səyahətlər idi. Erasmus koordinatorumuz və Universitet rəhbərliyi bizim üçün görüşlər, şam yeməkləri təşkil edirdi. Özüm də fərdi olaraq İstanbul,Ankara,İzmir,Mugla kimi şəhərləri Manisanın özünü səyahət etmə fürsətim oldu. Hər həftə sonu yeni dostlarımla İzmirə getdiyimizi deyə bilərəm.
Ümumi olaraq türk xalqı, mədəniyyəti və mətbəxi çox yaxşı və zəngindir. Azərbaycanlılara qardaş kimi baxır və sevirlər. Ayrı seçkilik görmərsiniz. Azərbaycanlı olduğumdan dil cəhətdən də rahat əlaqə qura bilirdim. Paylaşmağı və yardımlaşmağı sevirlər.
Siz pul barəsində isə narahat olmayın. Erasmus Grantı mənim kimi çox xərcləyən birinə yetdisə, hər kəsə yetər deyə düşünürəm. Türkiyəyə çatdıqdan iki hıftı sonra ümumi məbləğin 80% və təyyarə bileti pulunu aldım, sonda imtahanlardan uğurla keçdikdən sonra isə qalan 20% i yüklədilər.
Öz komfort zonumdan çıxaraq, uşaqlığımdan bəri izlədiyim türk cizgifilm və filmlərinin aşıladığı mədəniyyəti bir də orda görmək, mahelleləri gəzmək, yeməklərini dadmaq, simitlə türk kofesi və bir çox şeyi təcrübə etmək, yeni xatirələr yaratmaq mənim üçün unudulmaz qalacaq.

Bu poqrama qoşulmağı bütün tələbələrə önərirəm.