This post is written in English and Azerbaijani. Scroll down for Azerbaijani.

If you are dreaming to study abroad, one of the ways to realize it is Mevlana Student Exchange Program. This program gives you an opportunity to study in Turkey for one or two semesters with scholarship. I applied to this program when I was in my second year at Khazar University and luckily, I got accepted to the program. Now I want to share my impression and experiences about it. I believe every student has some questions about the program he/she seeks answers for, just like I did.

How can I apply? – First of all, you need to submit your documents before deadline. You can ask your University’s International Affairs Office about the application procedure, required documents, and deadlines.

What requirements are needed for being selected? – You need a good GPA and a document indicating your English language level (you can obtain it from University’s English Language department). Once you fill and submit your application, only thing you have to do is to wait.

How do I choose the subjects to take there if I get accepted? – Once you get accepted, you will be sent a list of the subjects available for upcoming semester, and your Dean’s office will help you to choose your subjects and to prepare a learning agreement. I would strongly recommend you to contact your Host University about the list of subjects available for the exchange semester.

Do I immediately receive my stipend once I arrive there? – It might take several weeks to get the stipend. Therefore, I recommend you to take some money with you when you depart for Turkey to cover your costs for the first couple of weeks there.

Is the given stipend enough for covering the living costs there? – It depends on the individual. Generally, this programs gives you a fixed amount of stipend and all any extraordinary costs are up to you. If you are good at managing your budget, extra 100-150 AZN monthly besides scholarships will work for you. For me, most of the money was spent on transport, so I recommend you to activate your student ID card. This way you can benefit from student discount for transportation. Another option is to live somewhere close to the university, so you can just walk to university without having to pay for public transport.

Some more about the costs:

  • You can choose A101 or Shok for shopping instead of Migros as they are more budget-friendly.
  • If you buy anything other than bread from local grocery shop, it will be expensive.
  • I would recommend you to to go to bazaars to buy organic and cheaper fruits and vegetables, rather than buying them from supermarkets.
  • You can buy clothes from many shops, also from Wednesday bazaars (Charshamba Pazari).

Can I stay in the University’s dormitory? – Usually, dormitory is not available for one-semester students. I would recommend you to opt for private dormitories (prices start from 450-500 TL), cause they provide students with breakfast and dinner, cleaning and laundry services, security, etc.

Is it hard to study there? – In my opinion, no. But unlike our country, there are a lot of student activities there, so student life is a bit different. This leads to procrastination and you sometimes start studying just before the exam, which makes it hard.

Is it worth going there? – Certainly! Not only from educational perspective, but also from the perspective of personal development, it is a useful experience. You live apart from your family there and have to take full responsibility of yourselves. Moreover, you will take part in parties and trips organized for exchange students, you will have a chance to travel to touristic places of the country, you will make friends with students from all over the world, and you’ll practice your English a lot there.

Will I continue receiving stipend when I am back in Azerbaijan? – You will receive a stipend as long as you are in Turkey. However, you won’t receive a stipend for the next semester when you are back.

You will be contacted by the volunteers responsible for exchange student orientation who will assist you with airport pick-up, taking you to your accommodation, and introducing you to the university, though I am not sure whether all universities do it.

I hope this post will be useful for students who are interested in the program. Good luck!

———————————————————————————————–

Əgər ölkə xaricində təhsil almaq xəyalınız varsa bunu gerçəkləşdirməyin  yollarından  biri  də “Mövlana Tələbə Mübadilə proqramı” dır. Bu proqram sizi təqaüdlə təmin edərək bir və ya iki semester Türkiyədə təhsil almaq şansını verir. İkinci kursda mən də bu proqrama müraciət etmişdim və Sakarya Universitetindən qəbul aldım. Bununla bağlı sizinlə öz təəssüratlarımı və təcrübəmi paylaşmaq istəyirəm. Məndə də olduğu kimi yəqin ki,  bir çox tələbəni maraqlandıran, lakin cavab tapa bilmədiyi sualları olur bu programla bağlı.

Necə müraciət edə bilərəm?- İlk öncə deadline-nı qaçırmamaq lazımdır. Siz bu haqda Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin səhifəsindən və ya birbaşa ofisin özünə baş çəkərək məlumat əldə edə bilərsiniz.

Müraciət etmək üçün hansi göstəricilərimin olması vacibdir?- Vacib göstəricilər GPA-in mümkün qədər yüksək olması və ingilis  dili sertifikatıdır (Bunu asanlıqla universitetin İngilis dili departamentinden əldə edə bilərsiniz). Müraciət formalarını doldurub müraciəti etdikdən sonra sizə bircə səbrli olub cavab gözləmək qalır.

Bəs qəbul aldıqdan sonra fənləri necə seçirəm?-Qəbul aldıqdan sonra sizə qəbul edən universitet tərəfindən gələn semestr açılacaq fənlərin siyahısı göndərilir ve ona istinad edərək tehsil aldığınız dekanlığın koordinatoru sizə fənləri seçməkdə kömək edir. Bir şeyi də qeyd edim ki, seçdiyiniz fənlərin gələn semestr dəqiq açılıb açılmayacağı  və ya  qəbul aldığınız universitetlə bağlı suallarınız üçün mütləq koordinatorla əlaqə saxlayın.

Təqaüdü getdiyim zaman verəcəklərmi?-Təbii ki təqaüdün verilməsi bir necə həftə çəkə bilir, bunun üçün yaxşı olardı ki, özünüzlə əlavə pul götürəsiniz.

Verilən təqaüd yaşam xərclərini qarşılayırmı?– Bu fərdə görə dəyişə bilir. Ümumiyyətlə bu program sizə sadəcə təqaüd verir və geri qalan hər bir məsələni həll etmək sizlikdir. Əgər hesabınızı bilən birisinizsə və əlavə hər ay 100-150 AZN-niz olsa,  sizin üçün yetərli ola bilər. Mənə görə ən çox pul aparan nəqliyyat  idi, bunun üçün də yaxşı olar ki, tələbə endirim kartınızı aktivləşdirəsiniz ki, daha az xərciniz çıxsın.  Digər alternativ isə universitetə yaxın bir yerdə yerləşib nəqliyyatdan az istifadə etməkdir.

Bundan əlavə xərclərlə bağlı:

-Migros yerinə A101  və ya Shokdan alış-veriş ede bilərsiniz.

-Esnafdan çörəkdən başqa nəsə alsanız bahalı olacaq.

-Bazara gedib orqanik və daha ucuza meyvə və tərəvəz almağı tövsiyə edirəm, nəinki supermarket

-Paltarı əksər yerdən ala bilərsiz,  Çərşənbə bazarından da həmçinin.

-Əgər konfet sevənsinizsə, gedəndə çemodanınızda onun ücün də yer saxlayın, çünki orada konfet hər yerdə satilmir və satilan verlərdə də çeşid çox az, eləcə də tələbə üçün bahadır. Yeri gəlmişkən, kolbasa və ətin dadı bizimkindən tamamilə fərqlidir

-Digər xərclərlə bağlı isə yerli tələbələrdən məsləhət almaq daha yaxşı olardı.

Universitetin yataqxanasında qalmaq olarmı?– Əsasən bir semester getdikdə qalmaq olmur.  Özəl yataqxanada(qiymətləri 450-500 TL-dən başlayır) qalmaq daha sərfəlidir, çünki səhər və axşam yeməyi, təmizlik, çamaşırxana, güvənlik və.s. ilə təmin edir.

Orada oxumaq çətindirmi?- Məncə, çətin deyil. Sadəcə bizdən fərqli olaraq orada tələbələr üçün aktivitələr çox olduğu üçün və yaxud da tələbə yaşamı fərqli olduğu üçün oxumaq ən sona qalır və imtahan vaxtı çətin olur.

Getməyə dəyərmi?-Əlbəttə ki,  istənilən halda dəyər. Təkcə təhsil baxımından deyil, həm də şəxsi inkişaf baxımından da hər bir tələbəyə faydalı bir təcrübədir. Bir semester ailənizdən ayrı yaşayıb hər bir işinizin məsuliyyətini özünüz daşımalı olacaqsız, universitetin mübadilə tələbələri üçün təşkil etdiyi şənliklərdə, gəzintilərdə iştirak edəcəksiz, ölkənin turistik yerlərini görmə şansınız olacaq, başqa ölkələrdən gələn tələbələrlə dostlaşacaqsız və məcburən davamlı onlarla ingiliscə danışaraq dil biliyinizi artiracaqsınız.

Qayıtdıqda spendiya almağa davam edəcəyəm?-Türkiyədə olduğunuz müddətdə spendiya alacaqsınız, lakin qayıtdıqdan sonra növbəti bir semester stipendiya almayacaqsınız.

Getməzdən qabaq (təxminən avqustda) mübadilə tələbələri üçün ayrılan könüllülər sizinlə əlaqə saxlayıb Türkiyədə qarşılanma, yerləşmə, universitetlə tanışlıq kimi işlərdə sizə kömək edəcəklər (bunu bütün universitetlər edirmi dəqiq bilmirəm).

Ümid edirəm ki, yazdıqlarımın az da olsa proqramla maraqlanan tələbələrə faydası toxunar. Uğurlar!

This slideshow requires JavaScript.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *